Meksikanın “Monterrey” klubunda çıxış edən 39 yaşlı ispaniyalı müdafiəçi Serxio Ramos meydandan kənar hazırlığı ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli futbolçu fiziki formasını qorumaq üçün boks məşqlərinə üstünlük verir və döyüş idmanlarına olan marağı ilə seçilir.
Son günlər yayılan videolarda Ramosun sparrinq zamanı güclü və çevik zərbələr endirdiyi görünür.
“Real Madrid”in əfsanəsi yaşı nəzərə alınsa belə atletik göstəricilərini yüksək səviyyədə saxlamağı bacarır və bu prosesdə meydandan kənar xüsusi hazırlığın böyük rolu olduğu bildirilir.
Ramosun “Monterrey” ilə müqaviləsi 2025-ci ilin sonunadək qüvvədədir. Onun 2026-cı ildə futbol karyerasını davam etdirib-etdirməyəcəyi və ya fərqli sahəyə yönələcəyi isə hələlik məlum deyil
