“Napoli” - “Qarabağ” matçının təyinatları açıqlanıb

Xəbərlər
23 Noyabr 2025 15:15
34
“Napoli” - “Qarabağ” matçının təyinatları açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Napoli” - “Qarabağ” matçının hakim təyinatları bəlli olub.

İdman.Biz xəbər verir ki, qarşılaşmanı FIFA referisi Şimon Marçinyakın rəhbərlik etdiyi Polşadan olan hakimlər briqadası idarə edəcək.

Ona həmyerliləri Adam Kupsik və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Mlts yerinə yetirəcək.

VAR sisteminə Niderlanddan Pol van Bukel, AVAR-a isə xorvatiyalı İvan Bebek nəzarət edəcək.

Qeyd edək ki, oyun noyabrın 25-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.Biz