“Qalatasaray” Sinqodan gələn xəbərlə sarsıldı

Xəbərlər
23 Noyabr 2025 14:40
23
“Qalatasaray” Sinqodan gələn xəbərlə sarsıldı

“Qalatasaray”ın müdafiəçi Uilfried Sinqonun sağlamlıq vəziyyətinə aydınlıq gətirilib.

İdman.Biz xəbər verir ki, “Gənclərbirliyi” ilə keçirilən oyunun 40-cı dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk edən futbolçunun ilk müayinələrində ciddi problem aşkar edilib.

“Sabah” qəzetin müdafiəçinin 1-2 ay meydanlardan uzaq qalacağını yazıb.

Onunla yanaşı, Mario Lemina da qarşılaşmada zədələnərək oyundan çıxmışdı, lakin onun durumunun ciddi olmadığı qeyd olunub

İdman.Biz