“Minimum iki yunan-Roma güləşçimizdən qızıl medal gözləyirdim” - Rafiq Hüseynovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
20 Noyabr 2025 16:50
53
“Minimum iki yunan-Roma güləşçimizdən qızıl medal gözləyirdim” - Rafiq Hüseynovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın yunan-Roma güləşçilərinin VI İslam Oyunlarındakı çıxışı kifayət qədər mübahisəli reaksiyalara səbəb olub. Demək olar ki, ən döyüşkən heyətlə təmsil olunan komandamız turniri cəmi iki gümüş medalla başa vurub.

İdman.Biz komandamızın nəticələrinə münasibət bildirməsi üçün ikiqat dünya və üçqat Avropa çempionu Rafiq Hüseynova müraciət edib.

“Mən bu çıxışdan faciə düzəltməzdim. Sadəcə, ilin sonudur, komanda yorğun idi, çünki il ərzində idmançılar çoxlu sayda böyük turnirlərdə iştirak etdi və maksimum güclə mübarizə apardı! Bəli, bununla belə, ən azı iki güləşçimizdən - Nihad Məmmədov və Həsrət Cəfərovdan qızıl medal gözləyirdim. Amma birincisi ağır zədədən tam sağalmayıb, ikincisinin isə finalda, belə deyək, bir qədər bəxti gətirmədi və o, son saniyələrdə qələbəni əldən verdi. Bu, idmandır - burada həm böyük qələbələr olur, həm də gözlənilməz məğlubiyyətlər.

Digərlərinə gəlincə, məsələn, Murad Əhmədiyevdən finalda qələbə gözləmək həddindən artıq optimist olardı – onun rəqibi olimpiya çempionu idi. Ülvü Qənizadə isə özünə yad olan 77 kq çəki dərəcəsində çıxış edirdi və burada rəqabət çox böyükdür. Buna görə də ondan yüksək nəticə gözləmək düzgün olmazdı”, - Rafiq Hüseynov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz