Misli Premyer Liqası XII tur: “Sabah” “Şamaxı”nı qəbul edəcək

Xəbərlər
23 Noyabr 2025 09:30
19
Misli Premyer Liqası XII tur: “Sabah” “Şamaxı”nı qəbul edəcək

Bu gün Misli Premyer Liqasının XII turunun növbəti qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sabah” “Şamaxı”nı qəbul edəcək.

Oyun saat 15:00-da başlayacaq. “Sabah” 21 xalla 4-cü, qonaqlar isə 13 xalla 8-ci sıradadır.

Misli Premyer Liqası
II dövrə, XII tur
23 noyabr
15:00. “Sabah” - “Şamaxı”

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Bank Respublika Arena

İdman.Biz