“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 11-ci turunda komandasının “Frayburq” üzərində 6:2 hesablı qələbəsini şərh edib.
İdman.Biz bildirir ki, artıq 17-ci dəqiqədə “Bavariya” 0:2 hesabı ilə geridə olsa da, oyunda dönüş etməyi bacarıb.
“İlk 20 dəqiqədə çox yaxşı oynamadıq, amma sonra xarakter nümayiş etdirdik. Fasilədən sonra üstünlüyü ələ almaq, şübhəsiz ki, bizə kömək etdi. İkinci hissədə daha enerjili idik. Həm topla, həm də topsuz yaxşı oynadıq və “Bavariya”anın əsl simasını göstərdik. Bu, həqiqətən də yaxşı bir qələbə idi.
“Arsenal” hər kəs üçün çətin rəqibdir, amma biz onların oyununu təhlil etməli və qələbə qazanmağımıza nəyin kömək edəcəyini anlamalıyıq”, - Keyn Münhen klubunun rəsmi saytında bildirib.
“Bavariya” Çempionlar Liqasındakı növbəti matçında “Arsenal”la qarşılaşacaq.
