“Barselona”nın cinah hücumçusu Rafinya İspaniya Superkubokunun yarımfinalında “Atletik Bilbao”ya iki qol vurub.
İdman.Biz bildirir ki, “blauqrana” 5:0 hesabı ilə qalib gəlib və “Barselona”nın X sosial media hesabına görə, Rafinya
Kataloniya klubunun tarixində ən çox qol vuran 50 oyunçu arasında yer alıb.
Ötən mövsüm Rafinya “Barselona”nın heyətində bütün yarışlarda 57 oyunda 34 qol vurub və 26 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasının ən çox qol vuran oyunçusu (13 qol) və yarışın ən çox məhsuldar ötürmə edən oyunçusu (səkkiz məhsuldar ötürmə) olub. Braziliyalı Kataloniya klubu ilə İspaniya liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.
“Barselona” 11 yanvarda İspaniya Superkubokunun finalında “Real Madrid”lə qarşılaşacaq.
