Klubun rəsmi saytının verdiyi məlumata görə, “Tottenhem” İngiltərə Kubokunun üçüncü tur matçında 10 yanvarda “Aston Villa” ilə 1901-ci ildən qalma retro formada oynayacaq.
İdman.Biz bildirir ki, bu aksiya London komandasının aşağı liqalardan İngiltərə Kubokunu qazanan ilk və yeganə klub olmasının 125-ci ildönümünə həsr olunub.

Klubun açıqlamasında deyilir: “Bu gün “Tottenham Hotspur”, İngiltərə Kubokunu qazanan ilk və yeganə aşağı liqa klubu olmasının 125-ci ildönümünü qeyd etmək üçün kampaniya başlatdı. Bu tarixi nailiyyəti xatırlamaq üçün kişilərdən ibarət böyüklər komandamız sabah “Aston Villa” ilə İngiltərə Kubokunun üçüncü tur matçında xüsusi 1901-ci il forması geyinəcək”.
“Tottenham Hotspur” səkkiz dəfə İngiltərə Kubokunun qalibi olub. Şimali London komandası kuboku sonuncu dəfə 1991-ci ildə qazanıb.
