“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Solskyaer kluba qayıtsa, həftədə 50.000-60.000 funt sterlinq qazanacaq.
İdman.Biz bu barədə “Nettavisen”ə istinadən məlumat verir.
Mənbəyə görə, norveçli baş məşqçi komandanı Çempionlar Liqasına çıxarsa, 3-4 milyon funt sterlinq bonus alacaq.
Qeyd olunur ki, Solskyaer 2018-ci ildən 2021-ci ilə qədər “Mançester Yunayted”də ildə 7,2 milyon funt sterlinq qazanıb.
Daha əvvəl media orqanları norveçli baş məşqçinin cari mövsümün sonuna qədər pulsuz (maaşsız) “Mançester Yunayted”də müvəqqəti baş məşqçi vəzifəsini icra etməyə hazır olduğunu bildirib.
5 yanvarda “Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb. Portuqaliyalı mütəxəssis 11 noyabr 2024-cü ildən “mankunianlılar”da çalışırdı.
