“Mançester Siti”nin keçmiş oyunçusu və uşaqları sörfinq zamanı ölümdən dönüblər

Xəbərlər
9 Yanvar 2026 21:38
50
“Mançester Siti”nin keçmiş oyunçusu və uşaqları sörfinq zamanı ölümdən dönüblər

“Mançester Siti”nin və Argentina millisinin keçmiş üzvü Martin Demikelis üç uşağı ilə Atlantik okeanı sahilindəki dəbdəbəli Uruqvay kurortu “Punta del Este” yaxınlığında sörf edərkən həlak olacaqmış.

İdman.Biz bu barədə “The Sun” qəzetinə istinadən məlumat verir.

Keçmiş futbolçu uşaqları ilə birlikdə ən yaxın xilasetmə məntəqəsindən 400 metr aralıda yerləşən çimərlikdə suya girib. Ərazi çətin ərazi olduğundan üzmək üçün nəzərdə tutulmayıb. Güclü bir cərəyan Demikelisi və uşaqları sahildən uzaqlaşdırıb. Lakin, həmin vaxt çimərlikdə olan və iş saatlarından sonra sörf seansı üçün orada olan iki xilasedici ona kömək edə bilib.

Demikelis “Bavariya”, “Malaqa” və “Mançester Siti” kimi klublarda oynayıb. O, Argentina millisində 51 oyun keçirib və iki qol vurub.

İdman.Biz