Norveçin “Vikinq” klubunun baş məşqçilərindən biri Byarte Lunde Orşeym Çempionlar Liqasında “Sabah”la keçirəcəkləri oyun barədə danışıb.
İdman.Biz Norveçin VG nəşrinə istinadən xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisinin güclü komanda olduğunu etiraf edib.
“Bu, uğurlu nəticə qazanacağımıza inandığımız və bunu istədiyimiz oyundur. Çempionlar Liqasıdır. Çoxlarının eşitmədiyi komandadır, amma şübhəsiz ki, yaxşı komandadır”, - deyə Orşeym bildirib.
Norveç nəşri “Vikinq”in Çempionlar Liqasında ilk dəfə favorit statusunda meydana çıxacağını da vurğulayıb.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-də Stavanger şəhərində keçiriləcək.
