PSJ böyük hesabla “Havr”a qalib gəlib

Xəbərlər
23 Noyabr 2025 02:29
18
PSJ böyük hesabla “Havr”a qalib gəlib

Fransa Liqa 1 mövsümünün 13-cü turunun PSJ və “Havr” arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Parisdəki “Park de Prens” stadionunda baş tutub.

PSJ-nin yarımmüdafiəçisi Li Kan İn matçın ilk qolunu 29-cu dəqiqədə vurub. İkinci hissədə yarımmüdafiəçi Joao Neveş 66-cı dəqiqədə fərqi artırıb. Bredli Barkola 87-ci dəqiqədə hesabı 3:0 edən son qolu vurdu.

13 oyundan sonra PSJ Fransa liqasının turnir cədvəlinə 30 xalla başçılıq edir. “Havr” 14 xalla 12-ci yerdədir.

Növbəti turda PSJ “Monako” (29 noyabr), “Havr” isə “Lill” (30 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz

Məqalədə: