Entso Mareska: “Qələbəyə layiq idik”

Xəbərlər
23 Noyabr 2025 03:23
18
Entso Mareska: “Qələbəyə layiq idik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 12-ci turunda “Bernli” ilə oyun barədə danışıb.

İdman.Biz bildirir ki, matç 2:0 hesabı ilə “Çelsi”nin xeyrinə qurtarıb.

“Çox çətin oyun idi, oyunçular yaxşı mübarizə apardılar və biz daha bir dəfə qapımızı toxunulmaz saxladıq. Rəqibin ikinci hissədə yalnız bir yaxşı şansı oldu, sonra isə cərimə meydançasında bir az xaosa yol verdik ki, bu da oyunun bir hissəsidir, amma ümumilikdə qələbəyə layiq idik və xoşbəxtik. Hər kəsin iştirak etməsi vacibdir”, - Mareska klubun rəsmi saytında bildirib.

İngiltərə Premyer Liqasında 12 oyundan sonra “Çelsi”nin 23 xalı var və turnir cədvəlində ikinci yerdədir. “Bernli” 10 xalla 19-cu yerdədir.

İdman.Biz

Məqalədə: