İtaliya A Seriyasının 12-ci turunda “Napoli” öz meydançasında “Atalanta”nı qəbul edib.
İdman.Biz bildirir ki, oyun 3:1 hesabı ilə “Napoli”nin xeyrinə başa çatıb.
Meydan sahiblərinin qollarını 17 və 38-ci dəqiqələrdə David Heres, 45-ci dəqiqədə isə Noa Lanq vurublar. Qonaqlardan 52-ci dəqiqədə Canluka Skamakka fərqlənib.
“Napoli” bu qələbədən sonra 22 xalla 5-ci yerdədir. “Atalanta” 13 xalla 13-cü yerdə qərarlaşıb.
Noyabrın 26-da “Napoli” UEFA Çempionlar Liqasının ümumi mərhələsi çərçivəsində “Qarabağ”ı qəbul edəcək.
