“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın müdafiəçisi Erik Qarsiya ilə müqavilənin yenilənməsi üzərində çalışdıqlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, alman mütəxəssis Qarsiyanın son aylarda böyük inkişaf göstərdiyini, özünə inamının artdığını və hazırda fantastik səviyyədə çıxış etdiyini bildirib.
Baş məşqçinin sözlərinə görə, Qarsiya bir neçə mövqedə yüksək səviyyədə oynaya bildiyi üçün komandaya böyük üstünlük qazandırır.
Flik həmçinin Robert Levandovskini son on ilin ən yaxşı mərkəz hücumçusu kimi dəyərləndirib və onun oyun keyfiyyətlərinin hələ də yüksək səviyyədə olduğunu vurğulayıb
