“FIFA Series” turniri yenidən Azərbaycanda keçiriləcək

Xəbərlər
23 Noyabr 2025 14:05
35
“FIFA Series” turniri yenidən Azərbaycanda keçiriləcək

Dünya futbolunda yeni formatlardan biri kimi təqdim olunan “FIFA Series” turnirinin növbəti mərhələsi yenidən Azərbaycanda təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

“2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir”, - deyə İnfantino bildirib.

FIFA prezidentinin açıqlamasına əsasən, kişilər arasında “FIFA Series” turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək. Qadınlar arasında “FIFA Series” isə Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla debüt edəcək. Bundan əlavə, FIFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək istəklərini bildiriblər.

Qeyd edək ki, 2024-cü ildə “FIFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.

İdman.Biz