İngiltərənin “Vulverhempton” klubunda çıxış edən 24 yaşlı braziliyalı yarımmüdafiəçi Joao Qomeşin adı “Mançester Yunayted”in transfer gündəminə düşüb.
İdman.Biz xəbər verir ki, braziliyanın “Trivela” nəşrinin məlumatına görə, son günlər iki klub arasında Qomeşin keçidi ilə bağlı danışıqlar aparılır və tərəflər razılığın yanvar transfer pəncərəsində rəsmiləşəcəyinə ümid edirlər.
Transfer məbləğinin təxminən 50 milyon avro (təqribən 92 milyon AZN) olacağı bildirilir.
“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir və Qomeşin Ruben Amorimin komandasına əlavə güc qazandıra biləcəyi vurğulanır.
Bu mövsüm Joao Qomeş “Vulverhempton”un heyətində 14 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb
