Bu gün Avropa liqalarında iki derbi var

Xəbərlər
23 Noyabr 2025 10:53
30
Bu gün Avropa liqalarında iki derbi var

Bu gün Avropanın “Top 5” liqalarında və Türkiyə Super Liqasında bir neçə maraqlı qarşılaşma var.

İdman.Biz xəbər verir ki, əsas diqqət iki derbidə - “Arsenal” - “Tottenhem” qarşılaşmasında və “İnter” - “Milan” oyununda olacaq.

Türkiyə Super Liqasında “Göztepe” - “Kocaelispor”, “Beşiktas” – “Samsunspor” (saat 18:00), “Alanyaspor” - “Kasımpaşa” və “Rizespor” - “Fənərbağça” (saat 21:00) matçları planlaşdırılıb.

İngiltərə Premyer Liqasında “Arsenal” və “Tottenhem” komandaları arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq. Saat 18:00-da “Lids Yunayted” “Aston Villa”nı qəbul edəcək.

İspaniyan La Liqasında üç oyun keçiriləcək. İlk oyun “Oviedo” və “Rayo Valekano” arasında Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. “Real Betis” isə saat 19:15-də “Jirona”nı qəbul edəcək. “Xetafe” – “Atletiko Madrid” görüşü 21:30-da başlayacaq. Günün son qarşılaşmasında “Elçe” “Real Madrid”i, “Espanyol” isə “Sevilya”nı qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İtaliya A Seriyasında altı qarşılaşma olacaq. Əsas diqqət saat 23:45-də başlayacaq “İnter” – “Milan” qarşılaşması olacaq. “Verona”na “Parma”nı, “Kremoneze” “Roma”nı, “Latsio” “Leççe”ni, “Torino” “Komo”nu, “Sassuolo” isə “Piza”nı qəbul edəcək.

Fransa Liqa 1-də beş qarşılaşma var. “Oser” “Lyon”u, “Tuluza” “Anjer”i, “Brest” “Metz”i, “Nant” “Loryan”, “Lill” isə “Paris FC”i qəbul edəcək.

Almaniya Bundesliqasında iki oyun keçiriləcək. "Leypsiq" "Verder Bremen"i, "St.Pauli" isə "Yuniyon Berlin"i qəbul edəcək

İdman.Biz