“Toplanış plan üzrə davam edir. Yoxlama oyunlarımız olacaq. İnşallah, mövsümün ikinci hissəsində daha yaxşı olacayıq”.
Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu İbrahim Qədirzadə deyib.
26 yaşlı futbolçu komandasının qış fasiləsindəki hazırlığından danışıb.
“Füzuli Məmmədov gələndən sonra komandada istək artıb və əzmkarlıq hiss olunur. Çempionatda yaranan fasilə bizim xeyrimizə olacaq. Hazırkı heyət çempionatda qalmağa kifayət edir. Böyük ehtimalla, yeni tranferlər də olacaq. Rəqiblərimizlə aramızda böyük xal fərqi yoxdur. Sonuncu pillədə xilas olacağımıza inanıram. Birlikdə bu durumdan çıxacayıq. Az oynamağım məşqçinin qərarıdı. Mən üzərimə düşən işi görürəm. Nə qədər etimad göstərsələr komandama fayda verəcəm”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Karvan-Yevlax” 16 turdan sonra altı xalla sonuncu 12-ci pillədə qərarlaşıb.
