Zamiq Əliyevin komandası qələbə qazandı

Xəbərlər
23 Noyabr 2025 11:55
19
Zamiq Əliyevin komandası qələbə qazandı

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən azərbaycanlı müdafiəçi Zamiq Əliyev komandası ilə növbəti qələbəsini əldə edib.

İdman.Biz xəbər verir ki, Albaniya çempionatının XII turunda “Eqnatiya” “Bilis” üzərində 5:1 hesablı qələbə qazanıb.

Əliyev görüşün 63-cü dəqiqəsində, hesab 4:0 olarkən meydana daxil olub.

Bu qələbədən sonra “Eqnatiya” xallarını 22-yə yüksəldib və turnir cədvəlində üçüncü pilləyə qalxıb.

İdman.Biz

Məqalədə: