İspaniya La Liqasının prezidenti Xavyer Tebas Argentina futbolu barədə səsləndirdiyi fikirlərlə gündəm olub.
İdman.Biz xəbər verir ki, o, ölkənin böyük futbol ehtirasına baxmayaraq, klublar səviyyəsində dünya gücünə çevrilə bilmədiyini bildirib.
Tebasın bu çıxışı Argentina futbolunda ciddi reaksiya doğurub və ölkənin futbol irsinə hörmət məsələsini yenidən gündəmə gətirib.
Argentina Futbol Assosiasiyasının prezidenti Çiqui Tapia isə məsələylə bağlı kəskin cavab verib: “Argentina futbolunu kiçiltmək, bizim tariximizi və dünya futboluna verdiyimiz töhfəni görməməzlikdən gəlmək deməkdir”.
