U-19 millimizin baş məşqçisi: “Uğur qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır”

Xəbərlər
20 Noyabr 2025 14:30
24
U-19 millimizin baş məşqçisi: “Uğur qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır”

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Maltada keçirilən oyunları başa vurub.

İdman.Biz xəbər verir ki, milli komandanın baş məşqçisi Elxan Abdullayev AFFA-nın mətbuat xidmətinə matçla bağlı açıqlama verib.

O bildirib ki, qrupdakı ilk matçda Çexiyaya 1:6 hesabı ilə məğlubiyyət rəqibin gücü və futbolçumuz Hikmət Cəbrayılzadənin 75-ci dəqiqədə qırmızı vərəqə alması ilə izah olunur:

“İkinci görüşdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzan komanda onlarla başabaş mübarizə aparıb və qol imkanları yaradıb. Sonuncu oyunda isə Maltaya qarşı 2:1 hesabı ilə qələbə qazanılıb”.

Baş məşqçi komandada yorğunluq və motivasiya fərqləri olsa da futbolçuların xarakter göstərdiyini vurğulayıb.

Elxan Abdullayev ümumi olaraq nəticədən asılı olmayaraq komandadan razı qaldığını qeyd edib və bildirib ki, heyətin potensialı var, uğurlu nəticə qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır.

İdman.Biz