“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla birlikdə maraqlı fotosu yayılıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan foto 2006-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Q.Qrubanovun futbolla vida matçı zamanı çəkilib.
Həmin matçda R.Sadıqov “Qarabağ”ın çalışdırıcısı ilə eyni komandada oynayıb. Fotoda Qurban Qurbanovun qucağında isə o vaxt dörd yaşı olan oğlu Musa Qurbanlı da var.
Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov da fotoda yer alanlar arasındadır.

