“Zirə”nin kapitanı: “Qəbələ”nin hər oyunda qələbə qazanmaq şansı var idi”

Xəbərlər
20 Noyabr 2025 12:13
29
“Zirə”nin kapitanı: “Qəbələ”nin hər oyunda qələbə qazanmaq şansı var idi”

“Millidən ayrıldıqdan sonra artıq “Zirə”nin məşqlərinə qoşulmuşam”.

Bunu ”Zirə”nin kapitanı Qismət Alıyev deyib.

Qəsəbə təmsilçisinin aparıcı üzvü, komandasının Misli Premyer Liqasının XII turunda “Qəbələ”yə qarşı keçirəcəyi görüşdən gözləntilərini bölüşüb.

“Biz məşqlərdə böyük istəklə “Qəbələ” ilə oyuna hazırlaşırıq. Biz “Qəbələ”nin matçlarına baxmışıq, həqiqətən də onların demək olar ki, hər oyunda qələbə qazanmaq şansları var idi. Üstəlik, “Qəbələ”nin heyətində yaxşı futbolçular oynayır.

Onlara qarşı birinci dövrədəki görüşü xatırlayıram. Həmin görüşdə hesabı açan tərəf “Qəbələ” idi. Sonradan çətinliklə də olsa, qələbə qazanmağı bacarmışdıq. Bu matçın da çətin keçəcəyi dəqiqdir. Amma biz bu görüşdə də qələbə qazanmağa çalışacağıq. Ümidvaram ki, hər şey bizdə yaxşı alınacaq”, - deyə sportal.az-a açıqlamasında deyib.

İdman.Biz