“Karvan-Yevlax” futbol klubu heyətini Mirəli Əhmədovla gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Mirəli Əhmədov karyerası ərzində “Neftçi”, “Sabah”, “Şamaxı” və “Səbail” klublarında çıxış edib.
Qeyd edək ki, “Karvan-Yevlax” daha əvvəl yarımmüdafiəçi Lətif Rzayevin transferini də açıqlayıb. Son olaraq “İmişli”də forma geyinən futbolçu ilə də 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
“Karvan-Yevlax” yeni mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq.
15:28
“Karvan-Yevlax” futbol klubu heyətini Lətif Rzayevlə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son olaraq “İmişli”də çıxış edən yarımmüdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, “Karvan-Yevlax” 2026/2027 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.
