Ağadadaş Salyanski “Araz-Naxçıvan”da

10 Avqust 2026 15:13
176
Ağadadaş Salyanski “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini icarə əsasında heyətinə cəlb edib.

İdman.Biz xəbər verir ki, məlumatı “Neftçi” klubunun mətbuat xidməti də təsdiq edib.

Qeyd olunur ki, icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək 22 yaşlı forvardla anlaşmanın müddəti 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər daha yeddi yerli futbolçu ilə müqavilə imzalayıb. Onlar Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Rövlan Muradov, Mustafa Əhmədzadədir.

İdman.Biz