Misli Premyer Liqasının 2026/2027 mövsümünün I turunun oyun cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciəti və “Kəpəz”in razılıq məktubu nəzərə alınaraq, PFL beynəlxalq arenada ölkənin idman nüfuzunun uğurla təmsil olunmasını əsas götürüb.
Bu səbəbdən “Sabah” və “Kəpəz” arasında I və II dövrələrdə keçirilməli olan oyunların yerləri dəyişdirilib.
I dövrə, I tur
14 avqust
19:30. “Turan Tovuz” - “Qəbələ”
Tovuz şəhər stadionu
15 avqust
18:30. “Araz-Naxçıvan” - “İmişli”
Qəbələ şəhər stadionu
20:45. “Sabah” - “Kəpəz”
“Bank Respublika Arena”
16 avqust
19:00. “Sumqayıt” - “Neftçi”
“SOCAR Polymer Arena”
21:00. “Zirə” - “Şəfa”
Zirə İdman Kompleksinin stadionu
17 avqust
19:30. “Qarabağ” - “Şamaxı”
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, I turun bütün oyunları Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq.
