Futbol üzrə Azərbaycan Premyer Liqasında “Sabah”ın heyətində çıxış etmiş bosniyalı futbolçusu Boyan Letiç yenidən Azərbaycana qayıdıb.
İdman.Biz-in əldə etdiyi məlumata görə, “Araz Naxçıvan”la 33 yaşlı müdafiəçi arasında danışıqlar yekunlaşıb və futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq.
Bosniyalı futbolçu ilə bir illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Boyan Letiç 2022-ci ilin fevral ayında “Sabah”a transfer olub. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. 33 yaşlı müdafiəçi klub tarixində ən çox oyun keçirmiş ikinci futbolçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir.
Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını, həmçinin Azərbaycan Kubokunu qazanıb. O cari ilin yanvar ayında “Sabah”la yollarını ayırmışdı.
