Ötən gün Türkiyədə Regional Həvəskarlar Liqasının (BAL) “Murgulspor” - “Rize Atletikspor” oyununda ilk yarının final fitindən sonra iki komanda arasında dava düşüb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma meydanı boks rinqinə çevrilib və hakimlər ümumilikdə 24 qırmızı vərəqə göstəriblər.
Hadisə zamanı iki tərəf arasında mübahisə uzun müddət davam edib və təhlükəsizlik qüvvələri müdaxilə edərək futbolçuları ayrılmağa məcbur edib.
Stadionda azarkeşlərə “Əziz azarkeşlər, zəhmət olmasa, meydana girməyin və yad əşyalar atmayın” deyə xəbərdarlıq edilib.
Davanın ardından matç rəhbərliyi və nizam-intizam komitələri tərəfindən ətraflı araşdırma aparıldığı öyrənilib.
