Xuan Laporta: “Messi ilə bağlı iddialar əsassızdır”

Xəbərlər
12 Noyabr 2025 13:50
35
Xuan Laporta: “Messi ilə bağlı iddialar əsassızdır”

“Barselona” klubunun prezidenti Xuan Laporta həm Lionel Messi, həm də Lamin Yamal barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Laporta "Catalunya Radio"ya müsahibəsində Messinin qısamüddətli icarə əsasında komandaya qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.

“Messiyə, futbolçularımıza və azarkeşlərimizə hörmət naminə deyə bilərəm ki, bu, real ssenari deyil. Hazırda belə şeyləri müzakirə etməyin vaxtı deyil”, - Laporta vurğulayıb.

Prezident həmçinin 18 yaşlı Lamin Yamalın davranışını və inkişaf tempini yüksək qiymətləndirib:

“Lamin Yamal həyatdan zövq alır və yaşı üçün inanılmaz dərəcədə yetkindir. Onun həyat tərzi məni narahat etmir.”

“Gənc futbolçuya həm klubun, həm də ətrafındakı insanların dəstəyi vacibdir. O, əsl peşəkardır, hər gün ciddi şəkildə məşq edir və bu, gələcəkdə onu daha böyük səviyyəyə çıxaracaq”, - deyə klub prezidenti bildirib.

İdman.Biz