“Liverpul” Salahın əvəzləyicisi üçün 100 milyon ödəməyə hazırdır

11 Oktyabr 2026 13:41
116
“Liverpul” Salahın əvəzləyicisi üçün 100 milyon ödəməyə hazırdır

İngiltərənin “Liverpul” futbol klubu Portuqaliyanın “Portu” komandasının cinah hücumçusu Vilyam Qomesi transfer etmək imkanını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, Mersisayd təmsilçisi bu yaxınlarda Bredli Barkolanı heyətinə qatmasına baxmayaraq, 20 yaşlı braziliyalını Məhəmməd Salahın potensial varisi kimi görür.

Mənbənin məlumatına görə, Qomesin müqaviləsi 2031-ci ilin yayınadək uzadılandan sonra onun sərbəstqalma məbləği 80 milyon avrodan (160 milyon AZN) 100 milyon avroya (200 milyon AZN) yüksəlib. Lakin yüksək qiymət “Liverpul”u gənc hücumçuya marağından daşındırmayıb.

Braziliyalı cari mövsümdə bütün turnirlərdə on oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, Qomesin bazar dəyəri 30 milyon avro (60 milyon AZN) qiymətləndirilir.

İdman.Biz