Super Liqa: “Konyaspor” və “Başakşehir” qolsuz heç-heçə edib

11 Oktyabr 2026 16:34
129
Super Liqa: “Konyaspor” və “Başakşehir” qolsuz heç-heçə edib

Türkiyənin “Konyaspor” və “Başakşehir” futbol komandaları Super Liqanın yeddinci turunda qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, Konyada keçirilən görüşdə qol vurulmayıb - 0:0.

İlk hissədə meydan sahiblərinin heyətində Dioqo Qonsalveşin zərbəsini qapıçı Məhəmməd Şəngəzər dəf edib, Rayyan Baniyanın başla vurduğu topu isə künc zərbəsinə çıxarıb. Qonaqların heyətində Eldor Şomurodovun baş zərbəsi qapıdan yan keçib.

Bu nəticədən sonra “Konyaspor” xallarının sayını beşə, “Başakşehir” isə səkkizə çatdırıb.

Növbəti turda “Konyaspor” oktyabrın 17-də səfərdə “Amedspor”la, “Başakşehir” isə oktyabrın 18-də öz meydanında “Qaziantep”lə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: