İngiltərənin üç klubu Culiano Simeone ilə maraqlanırlar

11 Oktyabr 2026 16:16
95
İngiltərənin üç klubu Culiano Simeone ilə maraqlanırlar

İspaniyanın “Atletiko” futbol komandasının yarımmüdafiəçisi Culiano Simeone İngiltərə Premyer Liqasının bir neçə klubunun diqqətini cəlb edib.

İdman.Biz xəbər verir ki, insayder Ekrem Konurun məlumatına görə, argentinalı futbolçunun transferində “Mançester Yunayted”, “Mançester Siti” və Londonun “Tottenhem” klubu maraqlıdır.

Lakin Simeone İngiltərə komandalarının marağına baxmayaraq, Madrid klubundan ayrılmağı planlaşdırmır.

Argentinalının “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayınadək qüvvədədir. Sazişdə 500 milyon avro (1 milyard AZN) məbləğində sərbəstqalma bəndi nəzərdə tutulub, futbolçunun bazar dəyəri isə təxminən 40 milyon avro (80 milyon AZN) qiymətləndirilir.

Simeone İspaniya çempionatının cari mövsümündə səkkiz oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz