İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi Vinisius Juniorun La Liqanın səkkizinci turunda “Vilyarreal”la oyundakı (1:0) davranışından narahatlığını ifadə edib.
İdman.Biz xəbər verir ki, narazılığa səbəb braziliyalı hücumçunun görüşün ikinci hissəsində rəqibə qarşı kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovulması olub.
Mənbənin məlumatına görə, Madrid klubunda hesab edirdilər ki, Vinisius emosiyalarını idarə etməyi və meydanda münaqişəli vəziyyətlərdən yayınmağı öyrənib. Lakin növbəti aqressiya partlayışı rəhbərliyi onun bu istiqamətdəki irəliləyişinə şübhə ilə yanaşmağa vadar edib.
“Real Madrid”də futbolçunun əvvəllər dəfələrlə intizam problemlərinə səbəb olan davranış vərdişlərinə qayıda biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, Joze Mourinyunun baş məşqçisi olduğu komanda “Vilyarreal” üzərində ev qələbəsindən sonra İspaniya La Liqasının turnir cədvəlində üçüncü yerdədir.



