Babək Quliyevə UEFA-dan növbəti təyinat

Xəbərlər
10 Noyabr 2025 19:52
28
Babək Quliyevə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz AFFA-ya istinadən bildirir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.

H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.

İdman.Biz