Peşəkar Futbol Liqası “Qarabağ” - “Neftçi” derbisində böyükhesablı nəticələrin statistikasını təqdim edib.
İdman.Biz xəbər verir ki, iki komanda arasında böyükhesablı nəticə 13 dəfə qeydə alınıb.
İlk böyükhesablı qələbə 4 noyabr 2000-ci il tarixində “Qarabağ” - “Neftçi” oyunu 0:4 hesabı ilə qeydə alınıb.
İlk böyükhesablı ev qələbəsi isə 13 may 2011-ci il tarixində “Qarabağ” - “Neftçi” 3:0 olub.
“Qarabağ” böyükhesablı qələbəni 12 dəfə qazanıb və bu qələbələrin hamısı Qurban Qurbanovun rəhbərliyi altında baş tutub.
“Neftçi”nin böyükhesablı qələbəsi yalnız 1 dəfə olub.
Ən böyükhesablı qələbə 8 noyabr 2020-ci il tarixində “Neftçi” - “Qarabağ” 0:6 hesabı ilə qeydə alınıb.
Ən böyükhesablı ev qələbəsi “Qarabağ” - “Neftçi” 5:0 olub.
Böyükhesablı qələbələrdə meydan sahibləri 7, qonaqlar isə 6 dəfə qalib gəlib.
Bir mövsümdə ən çox böyükhesablı qələbə “Qarabağ” tərəfindən 2024/25 mövsümündə 3 dəfə əldə edilib.
Bir təqvim ilində ən çox böyükhesablı qələbə isə “Qarabağ” tərəfindən 2024-cü ildə 4 dəfə qazanılıb.
