Zümrüd Ağayeva “Bavariya” - “Arsenal” oyununa təyinat alıb

Xəbərlər
8 Noyabr 2025 11:38
55
Zümrüd Ağayeva “Bavariya” - “Arsenal” oyununa təyinat alıb

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.

İdman.Biz