“Barselona”nın prezidenti Xoan Laporta bu gün yenidənqurmadan sonra açılışı baş tutan “Kamp Nou” stadionunda Lionel Messiyə həsr olunmuş xüsusi vida matçı təşkil etmək istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, görüntüləri məşhur insayder Fabritsio Romano özünün “Facebook” hesabında paylaşıb.
“Kamp Nounun açılışını Messi üçün ediləcək xüsusi tədbirlə keçirmək çox gözəl olardı. Bu mənim arzumdur. Bizim üçün də, azarkeşlər üçün də vacib an olardı. Stadionun tam dolu olması və ona hörmət göstərilməsi, bu, əla olardı. Matç keçirmək məsələsində tam olaraq hazırıq”, - deyə X. Laporta qeyd edib.
Xoan Laporta stadionun açılışında qısa zümzümə etməyi də unutmayıb.
