“Real Madrid” yarımmüdafiəçisi Franko Mastantuono qasıq nahiyəsində ağrı şikayəti ilə tibbi müayinədən keçib və futbolçu müddətsiz olaraq komandanın oyunlarından kənarda qalacaq.
İdman.Biz xəbər verir ki, Mastantuononun bərpa müddətinin dəqiq müddəti hələ açıqlanmayıb.
Klub heyəti futbolçunun yükünün artırılmaması barədə qərar verib və Mastantuono fərdi proqramla çalışacaq.
Xatırladaq ki, son vaxtlar qasıq nahiyəsi zədələri bir neçə gənc futbolçuda müşahidə olunub. Daha əvvəl “Barselona”nın hücumçusu Lamin Yamal pubaalgiya səbəbindən oyunları buraxmışdı, “Atletik”in oyunçusu Niko Uilyams isə cərrahiyyə əməliyyatı keçirməyi planlaşdırır.
