Mbappe karyerasında daha çox xatırlayacağı qol barədə danışdı

Xəbərlər
1 Noyabr 2025 18:53
40
Mbappe karyerasında daha çox xatırlayacağı qol barədə danışdı

“Real”ın(Madrid) hücumçusu Kilian Mbappe karyerasında daha çox xatırlayacağı qol barədə danışıb.

İdman.Biz xəbər verir ki, o bu barədə “Marca” nəşrinə açıqlamasında bildirib.

“Santyaqo Bernabeu”da vurduğum ilk qolumu seçərdim. “Betis”ə qarşı oynayırdıq. Matçdan əvvəl həyəcanlı idim. Həmin qol “Real”da hekayəmin başlanğıcı oldu və xoş xatirə kimi yaddaşımda qaldı”, - deyə K. Mbappe müsahibəsində bildirib.

İdman.Biz

Məqalədə: