Məşhur futbolçu Pol Poqba sabah “Monako”nun heyətində Fransa çempionatında “Paris”ə qarşı oynaya bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Monako”nun baş məşqçisi Sebastyen Pokonynoli açıqlama verib:
“Polun yenidən heyətə qayıtmaq şansı var. Qarşıda bir ağır məşqimiz var və o, hazırlıqlardan problemsiz keçsə, hər şey plan üzrə davam edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Poqba bu yay “Yuventus”dan ayrıldıqdan sonra azad agent kimi “Monako”ya keçib. Futbolçu əvvəllər antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunmuş və 2023-cü ilin sentyabrından bəri meydana çıxmayıb.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    