Fransa yığmasının və PSJ-nin yarımmüdafiəçisi Dezire Due ölkə çempionatının X turunda “Loryen”lə qarşılaşmada (1:1) ciddi zədə alıb.
İdaman.Biz “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı oyunçusu ombasından zədələnib və meydanı xərəkdə tərk edib.
Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da Bakıda keçiriləcək. Fransa komandası dörd oyundan sonra D qrupunda 10 xalla lideridir, hesabında cəmi bor xalı olan Azərbaycan seçməsi isə sonuncu sıradadır.
