“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

Xəbərlər
30 Oktyabr 2025 20:06
53
“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

İspaniyalı futbolçusu Joni Montiel “Qarabağ” klubunda ilk oyununa çıxa bilər.

İdman.Biz-in oxu.az-a istinadən verdiyi məlumata görə, futbolçu sabah Misli Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” klubu ilə oyunda iştirak edə bilər.

Xatırladaq ki, bu il yay transfer pəncərəsində “Qarabağ”ın heyətinə qatdığı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu Qurban Qurbanovu qane etmədiyi üçün Montiel yeni klubunda debüt etməmişdi.

Qeyd edək ki, Joni Montiel avqust ayının üçündə “Qarabağ” klubu ilə 2+2 illik müqavilə imzalamışdı. 26 yaşlı vinger “Rayo Valyekano” klubunun yetirməsidir.

İdman.Biz