Lionel Messi 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib.
İdman.Biz bildirir ki, Ər-Riyaddakı “Mahd” istedad inkişaf akademiyasının baş meneceri Abdullah Hammad bu barədə Səudiyyə Ərəbistanının “Thmanya” nəşrinə deyib.
38 yaşlı argentinalı hücumçu bu yaxınlarda “İnter Mayami” ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.
“Messinin komandası ötən yay Klublararası dünya çempionatı zamanı mənimlə əlaqə saxladı. O, 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün Amerika liqasındakı dörd aylıq fasilə zamanı Səudiyyə Ərəbistanında oynamaq istəyirdi.
Eyni şey Devid Bekhemin “Los-Anceles Qalaksi”də oynadığı və “Milan”a keçdiyi zaman da baş verib. Mən təklifi nazirə təqdim etdim, amma o, Messinin cəmi dörd ay gəlməsinə icazə verməkdən imtina etdi və bununla da məsələ bitdi.
Nazir Səudiyyə Ərəbistanı çempionatının təlim-məşq düşərgəsi olmayacağını dedi”, - Hammad bildirib.
