Markus Reşforda “zənci” deyən azarkeşi 4 min avroyadək cərimə gözləyir

Xəbərlər
30 Oktyabr 2025 18:52
35
Markus Reşforda “zənci” deyən azarkeşi 4 min avroyadək cərimə gözləyir

İrqçilik zəminində Markus Reşfordu təhqir etmiş azarkeş cərimə olunacaq.

İdman.Biz bildirir ki, sentyabrın 25-də “Barselona” səfərdə “Real Ovyedo”ya 3:1 hesabı ilə qalib gəlib.

Oyun zamanı meydan sahiblərinin azarkeşlərindən biri qonaqların ingiltərəli hücumçusunu təhqir edib. Təhqir edərkən o “neqrata” sözündən (“zənci, qara” kimi tərcümə oluna bilər - red.) istifadə edib.

İdmanda Zorakılıq, İrqçilik və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyası azarkeşin 4000 avro məbləğində cərimələnməsini təklif edib.

İdman.Biz