İngiltərə Premyer Liqası rəsmi saytında oktyabr ayının oyunçusu mükafatına namizədlərin siyahısını dərc edib.
İdman.Biz bildirir ki, siyahıda səkkiz oyunçu yer alıb.
Metti Keş — “Aston Villa” (üç oyun, üç qələbə, bir qol);
Bruno Gimarayns — “Nyukasl Yunayted” (üç oyun, iki qələbə, bir məğlubiyyət, iki qol);
Erlinq Haland — “Mançester Siti” (üç oyun, iki qələbə, bir məğlubiyyət, üç qol);
Eli Krupi — “Bornmut” (iki oyun, bir qələbə, bir heç-heçə, üç qol);
Brayan Mbemo — “Mançester Yunayted” (üç oyun, üç qələbə, üç qol, bir məhsuldar ötürmə);
Nordi Mukiele — “Sanderlend” (üç oyun, iki qələbə, bir məğlubiyyət, bir qol, bir quru qapı);
İqor Tyaqo — “Brentford” (üç oyun, iki qələbə, bir məğlubiyyət, iki qol);
Yurrien Timber — “Arsenal” (üç oyun, üç qələbə, üç quru qapı).
Mükafatın qalibi 3 noyabra qədər davam edəcək azarkeş səsverməsi ilə müəyyən ediləcək.
