Mərc oyunlarında ittiham edilən hakim məhkəməyə müraciət etdi

Xəbərlər
30 Oktyabr 2025 18:08
45
Mərc oyunlarında ittiham edilən hakim məhkəməyə müraciət etdi

Türkiyə Futbol Federasiyasının oyunlara mərc etməsi ilə bağlı ittiham etdiyi Zorbay Küçük məhkəmə şikayəti verib.

İdman.Biz xəbər verir ki, 33 yaşlı referi bununla bağlı öz açıqlamasında deyib.

"Tam səmimiyyətlə və rahatlıqla deyə bilərəm ki, təkcə hakimlik karyeram ərzində deyil, həm də əvvəllər heç vaxt heç bir mərc saytının üzvü olmamışam, heç bir mərc saytında hesab açmamışam və ya mərc etməmişəm. Təkcə futbolda deyil, heç bir idman növündə. Bunu tam əminliklə deyə bilərəm. İndi faktları aşkar etmək üçün buradayıq. Lazımi prosedurları tamamlamışıq. Daha ətraflı izah etmək istərdim, amma hazırda bunu edə bilməyəcəyəm", - deyə Küçük söyləyib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Futbol Federasiyası 152 hakimin mərc oyunlarında iştirak etdiyini bildirib.

İdman.Biz