“Barselona” 7-8 milyon avro üçün Peruya səfər edəcək

Xəbərlər
29 Oktyabr 2025 19:45
37
“Barselona” 7-8 milyon avro üçün Peruya səfər edəcək

“Barselona” mövsümün sonunadək ABŞ-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununu reallaşdıra bilməyib.

İdman.Biz xəbər verir ki, klub bunun əvəzinə dekabr ayının sonunda Cənubi Amerikaya – Peruyə səfər etməklə bağlı danışıqlar aparır.

Sözügedən görüş yoldaşlıq xarakteri daşıyacaq, lakin təşəbbüs maliyyə baxımından çox sərfəlidir. “Mundo Deportivo”nun məlumatına görə, Kataloniya təmsilçisinə bu matç üçün 7-8 milyon avro aralığında ödəniş təklif olunub.

Klubun bu matça getməsi ətrafında daxili narazılığın yaranması gözlənilmir.

İdman.Biz

Məqalədə: