İngiltərə Premyer Liqasının IX turundan sonra "Opta" süperkompüteri çempionluq ehtimallarını yeniləyib.
İdman.Biz xəbər verir ki, təhlillərə əsasən, London “Arsenal”ı turnirin əsas favoritidir.
“Topçular”ın çempion olma ehtimalı 66,86% təşkil edir.
İkinci yerdə “Mançester Siti” gəlir. Onların şansı 13,10%-dir. Son çempion “Liverpul” isə 11,09% göstərici ilə üçüncü sıradadır.
VI turdan sonra Arne Slotun komandası 46,5%-lə favorit sayılırdı, “Arsenal”ın ehtimalı 34,6%, “Siti”nin isə 10,1% idi.
Qeyd edək ki, IX turun yekunlarına görə, “Arsenal” 22 xalla Premyer Liqanın lideridir. “Bornmut” 18 xalla ikinci, “Tottenhem” və “Sanderlend” isə 17 xal toplayaraq ilk “dördlüy”ü tamamlayırlar.
