Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi növbəti dünya çempionatında iştirak arzusunu dilə gətirib.
İdman.Biz xəbər verir ki, 38 yaşlı argentinalı ulduz bu barədə "Mundo Deportivo"ya müsahibəsində bildirib.
O, 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il mundialında millisi ilə bir daha meydana çıxmaq istədiyini vurğulayıb:
“Formada olub yığmada önəmli rol oynamaq istəyirəm. Bu, dünya çempionatıdır - çox həyəcanlıyam. Biz əvvəlkini qazandıq və bu dəfə titulu qorumaq gözəl olardı”.
Xatırladaq ki, Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina ilə qələbə qazanaraq karyerasında ilk dəfə mundialın qalibi olub.
